İngiltərədə həmkarına “keçəl” dedi, cinsi təcavüzdə ittiham olundu

ingilterede-hemkarina-kecel-dedi-cinsi-tecavuzde-ittiham-olundu
Oxunma sayı: 2463

İngiltərənin Şeffild bölgəsində həmkarı tərəfindən keçəl, kök kimi təhqirlərə məruz qalan şəxslə bağlı məhkəmə qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, elektrik texniki olduğu bildirilən Toni Finn, fabrik müdiri Ceymi Kinqə qarşı böhtan iddiası qaldırıb.

Məhkəmə zamanı hakim Conatan Breyn belə nəticəyə gəlib ki, saç tökülməsi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir və buna görə də kiminsə şəxsiyyəti haqda danışan zaman keçəlliyi misal çəkmək “ayrı-seçkilik” forması yaradır.

Nəticədə, məhkəmə keçəlliyin bir cinsin xarakterik xüsusiyyəti ola biləcəyinə qərar verib və ritorikanın "seksist" olduğu qənaətinə gəlib.

Finnin təzminatı gələcək məhkəmədə müəyyənləşəcək.