İngiltərədə istefa verən millət vəkilləri yeni partiya qurur

ingilterede-istefa-veren-millet-vekilleri-yeni-partiya-qurur
Oxunma sayı: 997

İngiltərədə iqtidardakı Mühafizəkarlar Partiyası və İşçi Partiyasından istefa verən 8 millət vəkili yeni partiya qurmaq haqqında qərar qəbul ediblər.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, “Change UK” adı verilən partiyanın müvəqqəti sədrliyinə Heydi Allen gətirilib.

Xatırladaq ki, Çuka Umunna, Lusiyana Berger, Kris Lesli, Sarah Vollaston da daxil olmaqla ümumilikdə 8 millət vəkili hökumətin Brexit siyasətinə etiraz olaraq partiyalarından istefa etmişdi.

Brexit tərəfdarı olan deputatlar isə "Brexit Partiyası"nı qurmuşdular.