İngiltərədə koronavirus epidemiyası pik həddə çatıb

ingilterede-koronavirus-epidemiyasi-pik-hedde-catib
Oxunma sayı: 2045

Böyük Britaniyada koronavirus epidemiyasının yayılması pik həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin Səhiyyə naziri Mett Henkok açıqlama verib.

O, ümumilikdə 130 184 insanın koronavirusa yoluxduğunu, 17 378 insanın isə xəstəlik səbəbindən həyatını itirdiyini bildirib.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 2 579 763-ə çatıb. 179 051 nəfər isə vəfat edib.