İngiltərədə mövsüm ləğv ediləcək

ingilterede-movsum-legv-edilecek
Oxunma sayı: 2042

İngiltərə Premyer Liqasının rəhbərliyi çempionatın ləğv edildiyini açıqlayacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Udineze”nin idman direktoru Perpaolo Marino danışıb. 

O bildirib  ki, koronavirusun sürətlə yayılmasına görə, durum ciddidir: “Durum çox ciddidir. UEFA Belçikanı liqanı yekunlaşdırdığı üçün tənqid etsə də, onlar doğru qərar Verdi. İngiltərə Premyer Liqası rəhbərliyi də yaxın zamanda bu cür qərara hazırlaşır”.

Qeyd edək ki, “Udineze” və İngiltərə klubu “Uotford”un sahibi  italyalı iş adamı Qiampaolo Pozzodur.