İngiltərədə silahlı şəxs insanları girov götürüb

ingilterede-silahli-sexs-insanlari-girov-goturub
Oxunma sayı: 1282

İngiltərənin Varvikşir şəhərinin Nuneaton qəsəbəsində silahlı şəhs əyləncə mərkəzində insanları girov götürüb.

“Qafqazinfo” İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırda binanın ətrafı polis tərəfindən mühasirəyə alınıb.

İçəridə neçə nəfərin girov götürüldüyü məlum deyil. Silahlı şəxsin hansı məqsədlə bu addımı atdığı bilinmir.

Hazırda xüsusi təyinatlıların əməliyyat keçirməsi gözlənilir.