İngiltərədə təyyarə qəzası - İki nəfər öldü

ingilterede-teyyare-qezasi
Oxunma sayı: 1201

İngiltərənin Qlaçesterşir bölgəsindəki Tyukesberi qəsəbəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” İndependent-ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot və təyyarədəki bir sərnişin ölüb.

Hadisənin dumanlı hava şəraiti səbəbindən baş verdiyi bildirilir.

Əraziyə polis və təcili yardım maşınlarıcəlb edilib. Hazırda araşdırma aparılır.