İngiltərədə VAR sistemi ləğv edilə bilər

ingilterede-var-sistemi-legv-edile-biler
Oxunma sayı: 1943

İngiltərə Premyer Liqasında VAR sistemi ləğv edilə bilər. “Qafqazinfo” xəbər verir ki, “Vulverhempton” klubu rəsmi olaraq liqa rəhbərliyinə bununla bağlı müraciət edib.

Göndərilən məktubda VAR-ın neqativ təsirlərindən yazılıb. Klub üzvlərinin fikrincə, VAR futbolçuların qolu normal şəkildə bayram etməsinə mane olur, oyunun uzanmasına gətirib çıxarır, səhvlərin qarşısını almır və hakimlərin məsuliyyətini aşağı salır.

İyunun 6-da klublar bununla bağlı səsvermədə iştirak edəcək. VAR-ın ləğv edilməsi və ya dəyişdirilməsi üçün 20 klubdan 14-nün səsi lazımdır.