Böyük Britaniyada koronavirusla mübarizə çərçivəsində tətbiq olunacaq yeni məhdudiyyətlərin bəzi detalları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, İngiltərəyə gələn bütün vətəndaşlara 10 günlük karantin tətbiq ediləcək. Qərar 18 yanvardan etibarən qüvvəyə minəcək.
Bildirilib ki, yanvarın 12-də 4 min 134 nəfər xəstəxanaya yerləşdirilib ki, bu da bu günədək ən yüksək yoluxma faktı kimi dəyərləndirilib.
Eyni zamanda, Milli Səhiyyə Xidmətlərinin (NHS) çox çətin bir vəziyyətdə olduğu, xəstəxanalara yerləşdirilənlərin sayının 37 mini keçdiyi və epidemiya səbəbi ilə bir çox xərçəng xəstəsinin müalicəsinin təxirə salındığı qeyd olunub.
Bundan əlavə, 3 milyon 200 mindən çox insana peyvənd vurulduğu, 90 yaşdan yuxarı şəxslərin 40 faizinin vaksinləndiyi vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər