Rusiyanın Yekaternburq şəhərində inkassator 1 milyon rubla yaxın pulu götürərək qaçıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ren” TV məlumat yayıb.
Məlumata əsasən, insident yanvarın 10-da qeydə alınıb. O, pulla dolu çantanı götürərək həmkarlarına bir neçə dəqiqəyə qayıdacağını söyləyib. Bir qədər sonra onun qaçdığı məlum olub. İnkassator təşkilatının əməkdaşları polisə müraciət ediblər. Çantada təxminən 1 milyon rubl olub.
Təhlükəsizlik xidməti əməkdaşları pulları götürüb qaçan inkassatorun axtarışlarına başlayıblar.
Son xəbərlər
Son Xəbərlər