İnquşetiya Rusiyanın Ukraynadakı əməliyyatında ilk itkilərini açıqladı

inqusetiya-rusiyanin-ukraynadaki-emeliyyatinda-ilk-itkilerini-aciqladi
Oxunma sayı: 4779

Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatda ölkə tərkibində olan İnquşetiya Respublikasından da hərbçilər iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov öz rəsmi instaqram hesabında paylaşıb.

Onun sözlərinə görə, İnquşetiya digər regionlar kimi sözügedən əməliyyatda ilk hərbi itkilərini verib. 

Kalimatov bildirib ki, ölən hərbçilərin ailələrinə maddi yardım göstəriləcək.