İnquşetiyada azərbaycanlı qız asılmış vəziyyətdə tapıldı

inqusetiyada-azerbaycanli-qiz-asilmis-veziyyetde-tapildi
Oxunma sayı: 1702

Rusiya Federasiyasının İnquşetiya Respublikasının Nazran şəhərində mağazaların birində asılmış vəziyyətdə qız meyiti aşkar edilib.  “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Region online” xəbər verib.

Yerli sakinlərin sözlərinə görə, asılmış vəziyyətdə tapılan qız onlarla tanış idi. O, həmin mağazanın girişində ticarətlə məşğul olurdu. Eləcə də onun azərbaycanlı olduğu qeyd edilir.

Qızın ölümünün kriminal xarakter daşıyıb-daşımadığını isə kompetent orqanlar aydınlaşdıracaq. İnquşetiya DİN isə baş verən hadisəni hələ də şərh etmir.

İnsidentin detalları dəqiqləşdirilir.