“İnşaatçılar”ın vestibülü açılır

insaatcilarin-vestibulu-acilir
Oxunma sayı: 737

Aprelin 18-də səhər saat 6:00-dan "İnşaatçılar" stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, vestibül istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə yanvarın 23-dən sərnişinlərin giriş-çıxışına bağlanmışdı.

Təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.