İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

insan-alverine-qarsi-mubarizeye-dair-milli-fealiyyet-plani-tesdiqlendi
Oxunma sayı: 1921

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə bununla bağlı aşağıdakı işləri görmək həvalə edilib:

2.1. bu Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirsin.