İnsan bədənində belə orqan da varmış...

insan-bedeninde-bele-orqan-da-varmis
Oxunma sayı: 673

İnsan bədənində həzm sisteminə aid olan “mezenter” adlı yeni orqan kəşf edilib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, 2012-ci ildən irlandiyalı professor Kelvin Koffi tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, "mezenter" ayrı-ayrı hissələrdən deyil, bütöv orqandan ibarətdir.

Bu kəşf nəticəsində insan bədənində orqanların sayı 79-a yüksəlmiş olub.

Orqan olaraq elan edilən hissəciyin funksiyasının tam olaraq nədən ibarət olması hələ də müəyyənləşdirilməyib. Lakin alimlər bu kəşfdən sonra elmin insan orqanizmi haqqında 100 illərdir ki, səhv fikirdə olduğunu etiraf ediblər.