Qəzzaya bir neçə günlük hücumdan sonra İsrail əsgərləri bu gün istirahət etməyə vaxt tapıblar.
“Qafqazinfo” xəbər verir ki, əsgərlər Qəzza zolağının şərqində tankların kölgəsində yatıblar. Anadolu Agentliyinə istinadən əsgərlərin fotolarını təqdim edirik.
Qeyd edək ki, İsrailin təhlükəsizlik orqanları Misirin Qəzzada Fələstinlə atəşkəs əldə etmək üçün etdikləri təşəbbüsü qəbul ediblər. Bu, illərlə Qəzza ətrafında baş verən və son bir həftə ərzində şiddətlənən zorakılıqlardan sonra qəbul edilən bir qərardır.