“İnsanlar işğaldan azad olunan torpaqlara geri qayıdacaq”

insanlar-isgaldan-azad-olunan-torpaqlara-geri-qayidacaq
Oxunma sayı: 1817

“Azərbaycanın bugün dünyada apardığı müstəqil siyasət onu göstərir ki, dünyada inkişaf modelləri içərisində Azərbaycan artıq öz nüfuzu ilə yetərincə tanınır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirəli Seyidov deyib. Bildirib ki, uzun müddətdir iqtisadi böhran baş verən dünyada Azərbaycan statik inkişaf artımı meyarlarında daha da irəliləməkdədir: “Belə ki, uzun illər Erməni təcavüzünə məruzə qalmış, torpaqlarının 20%-dən çoxunun işğal altında olan, 1 milyondan artıq qaçqın məcburi köçkünü olan Azərbaycan bugün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində daha da güclənməkdədir. 2016-cı ilin iqtisadi vəziyyət baxımından, dünyada baş verən proseslər fonunda nə qədər ağır il olduğunu hamımız gördük. Dünya ölkələrinin çətinlikləri ilə müqayisədə Azərbaycanda dayanmadan inkişaf edən bir çox məsələlər var idi. Sosial inkişaf proqramları, infrastruktur layihlərin icrası, ordu quruculuğu, sosial vəziyyətin yaxşılaşdırılmasına dair atılmış addımlar hər gün daha da inkişaf edir. Nə qədər çətin müddət olmasına baxmayaraq Azərbaycanın hələ də həyata keçirilməsi planlaşdırılan böyük layihələri var”.

M. Seyidov həmçinin qeyd edib ki, prezident İlham Əliyevin Müdafiə Nazirliyinin N saylı hərbi şəhərciyin açılışında olan çıxışında, 2017-ci il üçün “biz bütün bu kimi layihələrə sərmayəni daha da artırmışıq” deməsi, məhz bunun sübutu idi. Məhz bu səbəbdəndir ki, ölkə başçısı tərəfindən yeni imzalanmış sərəncam bugün artıq qaçqın məcburi köçkünlərin öz torpaqlarımıza qayıdışının nümunəsidir: “Uzun illərdir müharibə şəraitində yaşayan bir xalqın bugün öz evlərinə, əzəli torpaqlarımıza qayıtması, Prezident İlham Əliyev tərəfindən onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində imzalanmış sərəncamlar məhz bugün xalqın marağına xidmət edir. İşğal altında olan torpaqlarımıza qayıdış tariximiz çox da uzaq deyil. Bügun insanlarımız, gənclərimiz cənab Ali Baş Komandan ətrafından sıx birləşərək bu nəticəyə nail ola biləcəyik”.