"Terrorizmin arxasında müxtəlif qüvvələr dayanır. Son illər İslamı terrorla əlaqələndirmək meyli var. Bu islama təhqirdir".
"Qafqazinfo" xəbər verir ki, bunu İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri V beynəlxalq mədəniyyətlərarası dialoq forumunda çıxış edərkən deyib.
O bildirib ki, İslam sülh, bərabərlik və insan ləyaqətinin qorunmasına xidmət edən dindir. Siz, İslamı terrorizmlə necə əlaqələndirə bilərsiniz?!
Biz heç də heç vaxt siyasətçilərə əmin ola bilmərik. Onların bəziləri öz gündəminə uyğun hərəkət edirlər. Əfsuslar olsun ki bu, BMT nizamnaməsinə ziddir. Bu gün dünyanın bir çox şəhərlərində insanlar öldürülür. Əgər siz miqrasiyanın qarşısını almaq istəyirsinizsə, ölkələrin inkişafına dəstək verməlisiniz. Dünyanın aparıcı dövlətlərinin bu problemləri həll etməyə gücü var. Bu gün müxtəlif stereotiplər yaranır və onlar nifrəti təbliğ edirlər. Biz bunların qarşısını almağa çalışmalıyıq. Biz gəmiyə nəzarət etməliyik. Bəzi dəlisov liderlər var ki, onlar bəşəriyyəti ixtilafa aparırlar. Liviyada insanlar öldürülür. Nəyə görə biz bunu seyr etməliyik?! Əgər əmin- amanlıq çərçivəsində yaşamaq istəyiriksə, biz bunun qarşısnı vaxtında almalıyıq".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər