“İnsanlara axmaq sözlər verildi”

insanlara-axmaq-sozler-verildi
Oxunma sayı: 1559

Dünyaca məşhur müğənni Elton Con İngiltərənin Avropa İttifaqından ayrılma (Brexit) qərarını tənqid edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pop ulduz  İtalyada konserti zamanı çıxış edərək ölkəsindən utandığını qeyd edib:

“Siyasətçilərdən, xüsusilə britaniyalı siyasətçilərdən, Brexitdən bezmişəm. Mən avropalıyam, axmaq, müstəmləkəçi, imperialist bir ingilis deyiləm. İnsanlara axmaq və mümkün olmayan sözlər verildi. Bu, insanları gözləri bağlı şəkildə labirintə qoyub 16 dəfə fırlanan bir yolu tapmaq kimi bir şeydir”.