​“İnsanlarımız su ilə çox insafsız davranırlar”

insanlarimiz-su-ile-cox-insafsiz-davranirlar
Oxunma sayı: 1116

“Su təsərrüfatı ilə bağlı xüsusi qanun qəbul olunmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

“Bundan əlavə, təəssüf ki, insanlarımızın suya münasibəti xoşagələn deyil. Çox insafsız davranırlar. Təklif edirəm ki, Cinayət və İnzibati Məcəlləyə xüsusi maddələr əlavə olunmalıdır. İnsanları maarifləndirməliyik. Yox əgər kimsə maarifləndirməyə, deyilənlərə riayət etmirsə, onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - deyə deputat vurğulayıb.

Zaur Mirzə