“Qafqazinfo”ya açıqlamasında rəqqasə aparıcı ilə barışdığını qeyd edib:
“Mən rol oynamıram, bu xasiyyətimi də tərgidə bilmirəm, məni heç kim qınamasın. Ürəyimin kövrək olmasından istifadə etmək lazım deyil. Verilişdə öz xanımlığımı və mədəniyyətimi göstərib cavab vermədim. Sonra eşitdim ki, başqa verilişdə Mətanət deyib ki, Fatimə 5 yaşlı uşaq kimi rəqs edib. 16 ildir ki, səhnədəyəm və peşəkar rəqqasəyəm, artıq tələbələrim var. Artıq efirdə hər kəs öz “kruq”unu yaradıb, kimi bəyənmirlərsə, onu vurur. Xanım olaraq hər şeyi əldə etmişəm. O verilişdən sonra məni sevənlər də çoxaldı. İnsanların daxili çirklənib. Kimsə məni zərrə vurursa,ona pislik etməyəcəm, sadəcə o adamı görməzlikdən gələcəm. Mətanətlə verilişdə barışdıq. Amma başqa buraxılışda arxamca danışmağı məni incitdi. Qəlbim qırılıb, amma onunla münasibətlərimiz yaxşıdır”.
Qeyd edək ki, rəqqasə Mətanət Əliverdiyeva verilişində onun rəqsini bəyənmədiyini bildirmişdi. Ona görə də Fətəliyeva üçün göz yaşı tökmüşdü.
Könül
Son xəbərlər
Son Xəbərlər