“İnsanların üzündə təbəssüm, şən əhval-ruhiyyə var…” - Deputat

insanlarin-uzunde-tebessum-sen-ehval-ruhiyye-var-
Oxunma sayı: 2806

“Bayram günü hər kəs evində, ailəsi ilə birgə olmaq istəyir. Lakin bir çoxları, o cümlədən polis bizlərin təhlükəsizliyi və rahatlığı üçün çalışır”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov sosial şəbəkədə yazıb:

“Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı parkda təşkil edilən bayram şənliklərinə qatıldım. İnsanların üzündə sevinc, təbəssüm və şən əhval-ruhiyyə var idi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Bütün aidiyyatı dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Xüsusilə bizim aşayiş keşikçiləri olan polisə təşəkkürümü bildirirəm. 31 dekabr gecə saatlarında onlarla görüşdüm və söhbət etdim. Bayram günü hər kəs evində, ailəsi ilə birgə olmaq istəyir. Lakin bir çoxları, o cümlədən polis bizlərin təhlükəsizliyi və rahatlığı üçün çalışır. Məncə bu ən gözəl insanlıq nümunəsidir. Əziz dostlar! Bir daha sizi bayramlar münasibəti ilə təbrik edir və Azərbaycanımız üçün 2016-cı ilin sülh, sabitlik, firavanlıq və ən əsası ərazi bütövlüyünün bərpa edilməsi ili olmasını arzulayıram”.