İnstagramda daha bir yenilik

instagramda-daha-bir-yenilik
Oxunma sayı: 1030

"Instagram"da canlı yayım xüsusiyyəti əlavə edilib. Lakin yavaş-yavaş bütün dünya üçün aktiv edilən funksiya bu günə qədər ölkəmizdə işləmirdi.

Qafqazinfo” technote.az-a istinadən xəbər verir ki, dünəndən etibarən azərbaycanlı istifadəçilər də "Instagram"da canlı yayımlar edirlər. Canlı yayım üçün istifadəçilər ən son "Instagram" yenilənməsini yükləməli və "stories" bölməsindən canlı yayım verməlidirlər.

Canlı yayımlar "hekayələr" bölməsində izləyicilərinizə göstəriləcək və canlı yayım başladarkən onlara bildiriş mesajı gedəcək. Eyni zamanda "kəşf et" bölməsində də izləmədiyiniz fərqli istifadəçilərin başlatdıqları canlı yayımları görə bilərsiniz.

Yeni xüsusiyyət eynilə "stories"də edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır, ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir "Live/Canlı" ifadəsi yer alır.