Instagramda “like”lar niyə görünmür?

instagramda-likelar-niye-gorunmur
Oxunma sayı: 1907

İnstaqram sosial şəbəkəsində bu gündən etibarən paylaşımlara edilən laykların sayı görünməyəcək.

“Qafqazinfo” xəbər verir ki, test proqramı bütün ölkələrdə həyata keçiriləcək. Ancaq test etmək üçün İnstaqramın hansı prinsiplər əsasında sosial hesabları seçəcəyi bilinmir. Testə əsasən laykların ümumi sayı və başqa səhifələrdə ona baxış sayı görünməyəcək. Bunu yalnız postu paylaşan şəxs görə biləcək.

Qeyd edək ki, bu barədə qərar hələ apreldən verilib. Ekspertlərin fikrincə, məhz “like” funksiyasının gizlədilməsi sayəsində insanlar sadəcə paylaşımları haqda fikirləşəcəklər. Onları “like” sayı maraqlandırmayacaq.