İnstaqramda problem yarandı

instaqramda-problem-yarandi
Oxunma sayı: 1014

Dünya üzrə instaqram sosial şəbəkəsinin işində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector” səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, istifadəçilər tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edir.

Nasazlıqdan xüsusilə ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransanın sosial şəbəkə istifadəçiləri şikayətçidirlər.

Qeyd edək ki, mövcud problem platformanın Azərbaycan seqmentində qeydə alınmayıb.