Dünən İnstaqram sosial şəbəkəsinin istifadəçiləri servisin işində problemlə üzləşiblər.
“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, servisin fəaliyyətində texniki nasazlıqlar bir sıra Avropa, Şimali və Cənubi Amerika və Asiya ölkələrində müşahidə edilib.
Məlumata görə, istifadəçilərin 58 faizi məlumatlar lentində yeni bildirişlərin yüklənilməsində problemlərlə rastlaşıb, 22 faizi hesaba daxilolma ilə bağlı problemlərdən şikayətlənib, 18 faizi isə veb-sayt üzrə problemlərlə üzləşib.
Texniki mühəndislərin apardığı işlər nəticəsində prblemlər qısa müddətdə aradan qaldırılıb.
Son xəbərlər
Son Xəbərlər