“İnstagram” sosial şəbəkəsinin istifadəsi zamanı kütləvi nasazlıq yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, problem əsasən Rusiya, ABŞ və Avropanın bəzi bölgələrində yaranıb. İstifadəçilərdən 58%-i xəbər lentini yeniləyə, 24%-i şəbəkəyə daxil ola, 17%-i isə şəxsi hesablarını tapa bilməyib.
Şikayətlərin əksəriyyəti ABŞ-ın şimal-şərq ştatlarından, Böyük Britaniyadan, Moskva və Sankt-Peterburqdan gəlib.
Son xəbərlər
Son Xəbərlər