İnstaqram sosial şəbəkəsinin işində problem yaranıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Downdetector” saytı xəbər verib.
Şikayətlərin çoxu ABŞ-ın şərq sahillərində yaşayan istifadəçilər tərəfindən daxil olub.
Problemin Bakı vaxtı saat 19:00 radələrində başlandığı bildirilir.
Bundan əlavə, sosial şəbəkədəki xəta ilə Böyük Britaniya, Almaniya və Fransada yaşayan istifadəçilər də üzləşib.
Son xəbərlər
Son Xəbərlər