İnstaqramın işində problem yarandı

instaqramin-isinde-problem-yarandi
Oxunma sayı: 805

İnstaqramın işində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Downdetector saytı məlumat yayıb. Bildirilir ki, Rusiya, Böyük Britaniya, Yunanıstan, Almaniya və digər Avropa ölkələrinin istifadəçiləri sosial şəbəkənin işləmədiyini bildiriblər.

Belə ki, istifadəçilərdən 62%-i veb-saytın açılmadığını, 23%-i xəbər lentinin yenilənmədiyini, 14%-i isə hesablarına daxil ola bilmədiklərini qeyd edib.