İnstaqram sosial şəbəkəsinin işində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb. Şikayətlər əsasən Rusiya, ABŞ, Almaniya, Kanada, Braziliya və Böyük britaniya istifadəçilərindən gəlib. 60% istifadəçi xəbər lentinin gec yüklənməsindən, 22% şəxsi hesaba daxil olmaqdan, 15% isə video yüklənməsindəki yubanmadan şikayətçi olub.
Qeyd edək ki, Azərbaycandan olan istifadəçilər də sözügedən problemlərlə üzləşiblər.
Son xəbərlər
Son Xəbərlər