İnsult keçirən Kərimə ağır itki

insult-keciren-kerime-agir-itki
Oxunma sayı: 931

Bir neçə gün bundan qabaq beyninə qan sızıb, xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin ailəsinə ağır itki üz verib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Unikal.org-a meyxanaçı Ağamirzə məlumat verib. 

O bildirib ki, bu gün meyxanaçının anası Xanım Novruzova dünyasını dəyişib.

Qeyd edək ki, insult keçirən meyxanaçı Kərim hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğu deyilir.