“İntegral” QSC-nin rəhbəri İsmayıl Hacıyev polisə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş adamı rəhbərlik etdiyi şirkətin anbardarı olan 1989-cu il təvəllüdlü V.H.-nin dəyəri 45 min manata çatan telefon və elektronika cihazlarını mənimsədiyini iddia edib.
O qeyd edib ki, şirkətin əməkdaşı müştərilərdən qəbul etdiyi cihazları aidiyyəti üzrə təhvil verməyib.
İ.Hacıyevin müraciəti Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən araşdırılır.
Qeyd edək ki, “İntegral” QSC “Samsung”, “Huawei”, “ZTE”, “Motorola” kimi brendlərin Azərbaycandakı rəsmi distribyutorudur.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər