“İnter” 6 futbolçunu yola saldı

inter-6-futbolcunu-yola-saldi
Oxunma sayı: 651

“Qafqazinfo”nun verdiyi məlumata görə, Baçana Tsxadadze, İlia Kandelaki, Giorgi Lomaya və Samir Zərgərovla müqavilə yenilənib.

Həmçinin “Simurq” komandasında icarə əsasında oynayan Rüstəm Abbasovun da “İnter”ə qayıdacağı gözlənilir.

Bundan başqa, komandanı tərk edəcək futbolçuların da adları məlumdur. Belə ki, klub Girts Karlsons, Danildo Assioli, Bronislav Çervenka və Enyo Krastovçev ilə vidalaşıb. Bununla bərabər, son yarım il ərzində “Simurq” komandasının heyətində çıxış edən Ruslan Poladov və Dmitri Kramarenko ilə müqavilənin müddəti uzadılmayıb.

Əlavə edək ki, hazırda komandanın müqavilə müddəti başa çatmış digər futbolçularıyla danışıqlar aparılır. Bununla yanaşı, klubu daha bir neçə futbolçunun tərk edəcəyi də istisna olunmur.