“İnter” daha bir baş məşqçini yola saldı

inter-daha-bir-bas-mesqcini-yola-saldi
Oxunma sayı: 631

Onun əvəzinə komandanı mövsümün sonuna kimi Andrea Stramaççioni çalışdıracaq. Bu, 36 yaşlı Stramaççioninin baş məşqçi postunda ilk təcrübəsi olacaq.
60 yaşlı Ranyeri “İnter”də 2011-ci il, sentyabrın 22-də Qasperininin istefasından sonra fəaliyyətə başlamışdı. A Seriyasında 29 oyunun 12-də məğlub olan “neradzurra” hazırda 8-ci pillədə qərarlaşıb. “Göy-qaralar” Avrokuboklara vəsiqə qazanmaq şansını da itirə bilər. Bundan başqa, “İnter” Çempionlar Liqası və İtaliya kubokunda da mübarizəni dayandırıb.

Ceyhun Əhmədov