“İnter” Gəncəyə 3 xal dalınca gedir

inter-genceye-3-xal-dalinca-gedir
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oyun günündə 3 qarşılaşma baş tutacaq. İlk görüşdə “Simurq”la “Qəbələ” üz-üzə gələcək. “Altılığ”a düşmək şanslarını hələ də saxlayan Zaqatala təmsilçisi bu oyunda qalib gələrsə rəqiblə xal fərqini 4-ə endirəcək. Məğlubiyyət isə “Simurq”un “altılıq” arzusunu gözündə qoyacaq.
Digər qarşılaşmada “Rəvan” autsayder “Turan”ı qəbul edəcək. Birincilər “altılıq”, ikincilər isə aşağı dəstəyə düşməmək uğrunda mübarizə apardığından oyunun gərgin keçəcəyi gözlənilir.

Düşmə xəttinə yaxın olan daha bir komanda – “Kəpəz” doğma meydanda “İnter”i qəbul edəcək. Çempionluq uğrunda mübarizə aparan “bankirlər”in əsas rəqibləri olan “Neftçi” və “Xəzər-Lənkəran” turu qələbə ilə başa vurduğundan, “ağ-göylər” də 3 xal qazanmağa məcburdur.

16 fevral

13:00. "Simurq" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:0

14:00. "Rəvan" - "Turan"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
Bakı. "Dalğa Arena" stadionu
İlk dövrədəki oyun – 1:0

14:00. "Kəpəz" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

Ceyhun Əhmədov