“İnter” ilk matçda məğlub oldu

inter-ilk-matcda-meglub-oldu
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi məlumata görə, “bankirlər” Avstriyanın "Kapfenberq" klubuyla qarşılaşıb. Görüş Avstriyanın Ştiriya federal torpağının əyalət mərkəzi olan Maria-Lankovits şəhərciyində baş tutub.

Qarşılaşma 1:0 hesabıyla "Kapfenberq"ın xeyrinə başa çatıb. Avstriyalıların heyətində 75-ci dəqiqədə Armin Masoviç fərqlənib.
Kaxaber Tsxadadzenin yetirmələri Sloveniya toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyunun 21-də keçirəcək.