“İnter” lideri büdrətməyə hazırlaşır

inter-lideri-budretmeye-hazirlasir
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “bankirlər” dünəndən etibarən oyunun hazırlığına start verib.
Bu gün baş tutan məşq qaçış və fiziki hərəkətlərlə başlayıb. Futbolçular topla çalışdıqdan sonra ikitərəfli oyun keçiriblər.
Hazırda 49 xalı olan “İnter” 4-cü pillədə qərarlaşıb. “Ağ-göylər” lider “Neftçi”dən 8 xal geri qalır. “Altılığ”ın ilk dövrəsində komandalar “Şəfa” stadionunda qarşılaşmış, “flaqman” 2:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, “Neftçi”-“İnter” qarşılaşması aprelin 14-də saat 17.30-da başlayacaq.

Ceyhun Əhmədov