“İnter” – “Neftçi” oyununun vaxtı açıqlandı

inter-neftci-oyununun-vaxti-aciqlandi
Oxunma sayı: 728

Premyer Liqada XVII turun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu həftə keçiriləcək turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.

Turun “İnter”“Neftçi” arasında mərkəzi oyunu fevralın 9-da saat 17:30-da start götürəcək. Ötən mövsümün mükafatçıları “Qarabağ”la “Zirə” 1 gün öncə eyni saatda üz-üzə gələcək.

Turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XVII tur
8 fevral (çərşənbə)

15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

17:30. “Qarabağ” – “Zirə”
“Azərsun Arena”

9 fevral (cümə axşamı)

15:00. “Sumqayıt”“Kəpəz”
Sumqayıt. Şəhər stadionu

17:30. “İnter”“Neftçi”
“İnter Arena”