Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu yanvarın 23-də sonuncu – dördüncü yoxlama oyununa çıxıb.
“Qafqazinfo” AzərTAC-a istinadən xəbər verir ki, Bakı təmsilçisi Qazaxıstanın “Atırau” komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb.
Nəticədə, “İnter” son sınaq matçından sülhlə ayrılıb.
Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl Almaniyanın “Verder” klubunun əsas və əvəzedici heyətinə 0:1, Slovakiyanın “Slovan” komandasına isə 0:2 hesabı ilə uduzub.
Son xəbərlər
Son Xəbərlər