Azərbaycan Premyer Liqasının XXI turunda “İnter” doğma meydanında “Qəbələ”yə 0:2 hesabıyla məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında məşqçilər qarşılaşma ilə bağlı fikirlərini bölüşüblər.
Paytaxt klubunun baş məşqçisi Zaur Svanadze komandasının yorğun göründüyünü bildirib:
- Komandamız yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. "Qəbələ" çox yaxşı komandadı. Növbəti oyuna hazırlaşmalıyıq.
- Əvəzetmələrinizdən sonra üçlü müdafiəyə keçdiniz. Bundan sonran qapınızda qollar gördüz. Taktiki dəyişikliyin qolların buraxılmasında nə dərəcədə rolu oldu?
- Samir Zərgərovla Pərdis Fərcad-Azadın meydana daxil olması taktiki dəyişiklik deyildi. Pərdisin də Samirin də qol vurmaq şansı var idi. Sadəcə, müdafiədə buraxılan səhvlərə görə qapımızda qollar gördük.
- “İnter”in həm ikinci, həm də dördüncü pillə ilə çox böyük xal fərqi var. Bu amil oyunlara köklənməyə mənfi təsir etmir?
- Xeyr, rahatlaşmırıq. Xal fərqini o qədər də çox hesab etmirəm. Xal fərqi bizi arxayınlaşdırmır.
- “Qarabağ”la oyunda “İnter” daha istəkli idi. Bu gün isə sanki oyununuz alınmadı. Bunun səbəbi nədi?
- Bizim 24 futrbolçumuz var. Bunlardan üçü qapıçıdı. Qalan 21 futbolçudan 8 nəfəri gəncdi. Biz də məcburuq ki, onları oynadaq. İndi fasilə yaranacaq. Fasilədən sonra isə qrafikimiz sıxdı. Ehtiyat oyunçular skamyamızın zəngin olmaması bizə problem yaradacaq.
- Maaşların ayın 10-dək veriləcəyi deyilirdi. Yeni bir xəbər var bu barədə?
- Bəli, elə deyiblər. Martın 10-u maaşlar veriləcək.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk nəticədən razı qaldığını söyləyib:
- Bizim üçün vacib oyun idi və istədiyinmiz nəticəni əldə etdik. İlk hisssədə tələskənlik var idi. Amma ikinci hissədə öz oyunumuzu tapa bildik və lazım olan qolları vurduq.
- Tələskənlik “Qarabağ”ın “Sumqayıt”ı məğlub etməsi ilə bağlı idi?
- Bəlkə də, futbolçularda narahatlıq yaradıb. Əsas odur ki, ikinci hissədə bunu düzəltdik.
- Baqali Dabo və Daniel Subotiç eyni anda meydanda olanda qol vurduz. Gələcəkdə bu iki futbolçunu eyni anda meydanda görə bilərik?
- Onların ikisini əvvəllər də eyni anda meydanda görə bilərdik. Sadəcə, Dabo zədəli olduğu üçün meydana çıxa bilmirdi. Son vaxtlar məşqlərdə görürəm ki, Dabonun narahatlığı qalmayıb və meydana çıxa bilər.
- Rasim Ramandanovun durumu necədi?
- Futbolçunun reaksiyasından mənə elə gəldi ki, ayağında sınıq var. Vernidubla Elvin Camalovda da elə olmuşdu. Ona görə də əvəzlədim.
- Çempionatda yaranan fasilədən necə yararlanacaqsız?
- Elə də böyük fasilə deyil. Dəyişiklik etmək niyyətimiz yoxdu. Sadəcə, məşqlərimniz çox olacaq. Millidə olan futbolçular da orada məşq edəcək.
- 6 futbolçu milliyə dəvət alıb. Bu komandanın hazırlığına mənfi təsir etmir?
- Futbolçuların millinin toplanışına gedəcəyini anlayışla qarşılayırıq. Düzdü məşqlərimizə təsir edəcək. Amma biz fəxr edirik ki, futbolçularımız millinin üzvüdü
Son xəbərlər
Son Xəbərlər