““İnter”ә qol vurmaqda çәtinlik çәkirik” - Diniyev

inter-qol-vurmaqda-ctinlik-ckirik
Oxunma sayı: 857

Topaz Premyer Liqasının 22-ci turunda "İnter"ә 0:1 hesabı ilә uduzan "Kәpәz"in baş mәşqçisi Şahin Diniyev jurnalistlәrin suallarını cavablandırıb. "Qafqazinfo" xәbәr verir ki, o, "İnter"lә oyunlarda qol vurmaqda çәtinlik çәkdiklәrini bildirib:

- Komanda pis oynamadı. Məncə, nəticə ədalətli deyildi. Ədalətli hesab heç-heçə idi. Hücum etməyə çox gec başladıq. "İnter"i qələbə münasibətilə təbrik edirəm. Komandama təşəkkür edirəm. Onlar yaxşı oyun sərgilədilər. Ancaq əsas olan qol vurmaq idi ki, bunu da bacarmadıq. Bu da, rəqibin 5 müdafiəçiylə çıxış etməsiylə bağlı idi. Belə oyunla liderlər qrupunda yer almağa razıyıq.

- Komanda sanki hücumda çoxala bilmirdi. Bu nə ilə bağlı idi?

- Komandada fiziki durum qaydasındadır. Taktiki cəhətdən bəzi probler var. Əsasən, sağ cinahda bir qədər axsayırdıq. "İnter"in müdafiə futbolu sərgiləməsi bizim əks-hücumlar qurmağımıza mane olurdu.

- Ardıcıl 2-ci oyundur ki, komanda yaxşı oyun sərgiləsə də, xalsız qalır. Bu komandadakı maliyyə problemiylə bağlı deyil ki?

- Xeyr, bu maliyyə ilə bağlı deyil. Futbolçular qarşısına əsas məqsəd kimi yaxşı nəticə qazanmağı qoyub. Maliyyə bizim üçün ikinci plandadır. Uduzmuşuqsa, deməli mən nə isə səhv etmişəm. Bir də deyirəm, biz məğlubiyyətə layiq deyildik.

- Üçüncü oyundur ki, "İnter"ə qol vura bilməzdi. "İnter"in digər komandalarla fərqi nədi?

- Bunu bayaq da dedim. "İnter"lə oyunda qol vurmaqda çətinlik çəkirik. Hətta lider "Qarabağ"a qol vursaq da, "İnter"ə vura bilmədik. Bu da"İnter"in müdafiə oyunu oynamasıyla bağlı idi. Çalışacağıq ki, bu komandayla dördüncü oyunda qol vurub, qalib gələk.