“İnter” Sloveniyaya gedir

inter-sloveniyaya-gedir
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi məlumata görə, iyunun 1-dən başlayan təlim-məşq toplanışı çərçivəsində paytaxt təmsilçisi 20-yə yaxın məşq, 1 ikitərəfli oyun və 1 yoxlama görüşü keçirib. Bu gün ölkəyə qayıdacaq “İnter” futbolçularına 3 günlük istirahət veriləcək. İyun ayının 15-dən komanda yenidən bir araya gələcək və ikinci təlim-məşq toplanışına yollanacaq. Avroliqadakı təmsilçimizin iyun ayının 29-dək davam edəcək ikinci toplanışı Sloveniyada keçiriləcək.