“İnter” “Sumqayıt”dan nə tələb edir?

inter-sumqayitdan-ne-teleb-edir-
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, bəyanat “Sumqayıt” - “İnter” matçı zamanı “Sumqayıt”ın kapitanı ilə Samir Abasovla “İnter” azarkeşləri arasında yaşanan xoşagəlməz insident ilə bağlıdır.

Bəyanatda bildirilib: “İkinci hissədə “Sumqayıt” komandasının futbolçusu komandamızın azarkeşlərini təhqir etməyə başlayıb. Təəssüf ki, münaqişə matçdan sonra da davam edib. Samir Abasov həm sıralarında çox sayda uşaqların olduğu azarkeşlərimizə, həm də “İnter”ə qarşı hörmətsizlik edib. Halbuki məhz bizim komandamızın heyətində ölkə çempionu olub və bir neçə il ərzində “İnter”dən əmək haqqı alıb”.

Bəyanatın sonunda “İnter” PİK-in rəhbərliyi “Sumqayıt” FK-nın rəhbərliyindən kapitanı haqqında ölçü götürməsini xahiş edib. Bundan başqa, biz Samir Abasovdan da “İnter”in Azarkeş Klubundan üzr istəməsi tələb edilib.