“İnter” üçün İspaniya “Atletik”i- - "Qəbələ" "Apollon"la qarşılaşa bilər

inter-ucun-ispaniya-atletiki-
Oxunma sayı: 1490


“Qafqazinfo” xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da start götürən tədbirdə təmsilçilərimizin – “İnter” və “Qəbələ”nin potensial rəqibləri də bilinib. Qitənin 2-ci dərəcəli klub turnirində iştirak edən “İnter” “Hafnarfyordur” səddini keçə bilsə, 3-cü mərhələdə “Atletik”lə (Bilbao, İspaniya) üz-üzə gələcək. 

Digər təmsilçimiz “Qəbələ” “Çukariçki”ni mübarizədən kənarlaşdıra bilsə, “Apollon” (Limassol, Kipr) “Trakay” (Litva) cütünün qalibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, “İnter” ilk matçda səfərdə 2:1 qələbə qazansa da, “Qəbələ” minimal hesabla uduzub. “Apollon” isə 4 cavabsız qolla sevinib. 

“Atletik” (Bilbao, İspaniya) – “İnter” (Azərbaycan)/ “Hafnarfyordur” (İslandiya) “Qəbələ” (Azərbaycan)/ “Çukariçki” (Serbiya) – “Apollon” (Limassol, Kipr)/ “Trakay” (Litva)

Elsevər