“İnter” və “Qəbələ”də itkilər

inter-ve-qebelede-itkiler
Oxunma sayı: 760

Azərbaycan kubokun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsi iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, “İnter” – “Qəbələ” qarşılaşmasında (1:3) xəbərdarlıq alan oyunçulardan ikisi cavab matçını buraxmalı olacaq.
 
Bu futbolçular Tərlan Quliyev və Rafael Santosdur. Tərlan 1/4 finalda da ev matçında - "Kəpəz"ə 2:0 hesabı ilə ilk matçda cəzalandırılmışdı. Rafael isə ilk "sarı"sını "Zaqatala" ilə Qəbələdəki 1/8 final matçında əlavə vaxtda almışdı.
 
Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 5-də keçiriləcək.