“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, turun açılış matçında "İnter" və "Bakı" komandaları üz-üzə gəlib.
Əsasən gənc futbolçulardan qurulmuş "Bakı"nın "İnter"ə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Bu görüşdə "İnter" rəqibi yeddi cavabsız qolla məğlub etməyi bacarıb. Bu qələbə ilə Kaxaber Sxadadzenin komandası liderliyə yüksəlib.
Qeyd edək ki, Premyer Liqada 6-cı tura bazar günü keçiriləcək “Qarabağ” – “Simurq” oyunu ilə yekun vurulacaq.
Son xəbərlər
Son Xəbərlər