“İnter”dən darmadağın, İkardi klub tarixinə düşdü - Video

interden-darmadagin-ikardi-klub-tarixine-dusdu
Oxunma sayı: 2331

İtaliya A Seriyasında 36-cı turun görüşləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “İnter” səfərdə “Udineze” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

“İnter” bu qələbə sayəsində xalını 69-a çatdırıb və Çempionlar Liqasına qatılmaq şansını qoruyub.

Hazırda turnir cədvəlinə 91 xalla “Yuventus” başçılıq edir. 4 xal geri qalan “Napoli” ikincidir. “Latsio" və “Roma” 70 xalla 3-4-cü pillələri bölüşürlər. “İnter” 69 xalla 5-ci yerdə qərarlaşıb. “Udineze” isə 34 xalla 17-cidir.

“Udineze” – “İnter” - 0:4

Qollar: Ranokkia, 13, Rafinya, 44, İkardi, 45+1, Valero, 71