“Qafqazinfo” xəbər verir ki, “Şəfa” stadionunda baş tutan oyunun əvvəlində - 3-cü dəqiqədə “İnter”in oyunçusu Salukvadze qırmızı vərəqə ilə meydandan qovularaq komandasını azlıqda qoyub.
45-ci dəqiqədə rəqib komandanın oyunçusu Sebastyan Holmen “Elfsborq”u hesabda irəli çıxarıb.
Oyun bu hesabla bitdiyindən iki oyunun nəticəsinə görə hesab 1-1 olub və ə oyuna 30 dəqiqə əlavə vaxt təyin edilib. Lakin əlavə edilən vaxtda da komandalar fərqlənə bilməyiblər. Nəticədə qalib 11 metrlik zərbələrlə müəyyən olunub. Daha dəqiq zərbələr vuran İsveç təmsilçiləri 4:3 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, “İnter” ilk oyunda “Elfsborq”u 1:0 hesabı ilə məğlub etmişdi.
Son xəbərlər
Son Xəbərlər