“İnter”in 2 oyuna bizə 5 qol vurması göstərdi ki...” - Rəqib baş məşqçi

interin-2-oyuna-bize-5-qol-vurmasi-gosterdi-ki
Oxunma sayı: 789

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakı “İnter”inə (0:2) uduzaraq, mübarizəni dayandıran Serbiyanın “Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviç təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

- “İnter”i növbəti mərhələ münasibətiylə təbrik edirəm. Təşkilatçılığa və bizə yaradılan şəraitə görə çox sağ olun. Oyuna gəlincə, ilk matçın təkrarını izlədik. Topa daha çox sahib olduq. Yenə ilk qolu standart vəziyyətdən sonra buraxdıq. Çempionat oyunlarında heç vaxt 3:0 uduzmamışdıq. Oyunumuzda intizamsızlıq var idi. Denis Silvanın standart vəziyyətlər zamanı cərimə meydançasında təhlükəli olduğunu bilirdik, amma oyunçularımız onu diqqətdən qaçırdılar. İki xoşagəlməyən hadisə oldu. Bir oyunçumuz zədə aldı. Digəri isə səfeh bir hərəkətə görə qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. İkinci hissədə qol vəziyyətləri yaratmağa çalışdıq. Ancaq bunlardan istifadə edə bilmədik. Sonradan rəqib bizi azlıqda yaxaladı. Nizami Hacıyevion qolu bütün şanslarımızı öldürdü. Avrokuboklarda debütümüz idi, amma təəssüf ki qol vura bilmədik. "İnter"in 2 oyuna 5 qol vurması göstərdi ki, onlar daha təcrübəlidilər.

- "İnter" tarixinin ən pis dönəmində komandanıza 5 qol vurdu. Bu vəziyyətini necə şərh edə bilərsiz?

 

- Bir az məlumatım var. Maliyyə məsələlərinin qaydasında olmadığını bilirəm. Futbol oynamaq həvəsi, vətənpərvərlik hissləri həlledici oldu.

- Hakimliklə bağlı nə deyə bilərsiz?

- Buna qiymət vermək istəmirəm. Əgər iki oyuna 5 qol buraxmışıqsa, hakimliyi ümumiyyətlə müzakirə etməyə dəyməz.

- "İnter"lə düşməzdən öncə və bu komandaya məğlubiyyətdən sonra Azərbaycan futbolu ilə bağlı düşüncələrinizdə hansı dəyişikliklər oldu?

- Əvvəllər də Azərbaycan futbolu barədə xəbərim var idi. Bilirdik ki, ölkədə futbola kifayət qədər maliyyə ayrılıb. "Neftçi", "Qəbələ", "Qarabağ", "İnter"i tanıyırdıq. Bu klubları Serbiyada tanıyırlar.