“İnter”in start heyəti açıqlandı

interin-start-heyeti-aciqlandi
Oxunma sayı: 676

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, italiyalı jurnalistlər baş məşqçi Andrea Stramaççoninin aparıcı futbolçularla risk etməyəcəyini iddia edir.

İtaliyalı həmkarlarımız Stramaççoninin “Neftçi” ilə görüşdə 3-5-2 taktikasını seçəcəyini və aşağıdakı heyətdən yararlanacağını yazır: Samir Handanoviç – Matias Silvester, Matteo Byanketti, Juan Jesus – Conatan, Freddi Quarin, Qabi Mudinqayi, Valter Qarqanov, Alvaro Pereyra – Filip Koutinyo, Marko Liviya.

Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da keçiriləcək.