Dünən keçirilən “İnter” – “Xəzər Lənkəran” oyununda zədə alıb təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan meydan sahiblərinin müdafiəçisi İlkin Qırtımovun durumuna aydınlıq gəlib.
“Qafqazinfo” xəbər verir ki, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilib.
Ötən günü xəstəxanada keçirən İlkin Qırtımovun bu gün evə buraxılacağı və müalicəsini ambulator şəraitdə davam etdirəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər